Qardaşını bıçaqlamaqda təqsirləndirilən Rasim Qafarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
izmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Rasim Qafarov təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prosesin əvvəlki mərhələsində dövlət ittihamçısı təqsirləndirilən şəxsin dörd il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Rasim Qafarova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi — qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülmüşdü.
![]()
