Ukrayna sərhədçilərinin Rumıniyaya qaçdığı iddia olunur – postlar tərk edilir

Nərmin
1 Min Read

Rusiya təhlükəsizlik strukturları Ukrayna Dövlət Sərhəd Xidmətinin 31-ci sərhəd dəstəsinin hərbçilərinin Rumıniya istiqamətində xidmət postlarını tərk edərək qaçdığı barədə məlumat yayıb.

Məlumata görə, söhbət Ukrayna–Rumıniya sərhədində xidmət aparan hərbçilərdən gedir. Bildirilir ki, bəzi hərbçilər növbə zamanı vəzifələrini yarımçıq qoyaraq sərhədi keçirlər.

Rusiya tərəfinin iddiasına əsasən, bu halların bir qismi tək-tək deyil, təkrarlanan epizodlar şəklində qeydə alınıb. Məlumatlar həm operativ mənbələr, həm də əsir düşən Ukrayna hərbçilərinin ifadələri əsasında toplandığı iddia olunur.

Həmin ifadələrdə Ukrayna Silahlı Qüvvələrinin bəzi hərbçilərinin xidmət zamanı öz postlarını tərk edərək Rumıniyaya keçdiyi qeyd edilib.

Hazırda nə Ukrayna, nə də Rumıniya tərəfi bu iddialara rəsmi münasibət bildirməyib. Ukrayna Dövlət Sərhəd Xidməti də məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və tərəflərdən rəsmi təsdiq yoxdur.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş