Tehranın təsis etdiyi Fars Körfəzi Boğazı İdarəsi (PGSA) Hörmüz boğazında məsuliyyət zonasını əks etdirən xəritəni yayımlayıb.
PGSA-nın X sosial şəbəkəsində paylaşdığı məlumata görə, İran Hörmüz boğazının idarə olunması üzrə “tənzimləmə yurisdiksiyasını” boğazın şərqində İranın Qoh-Mübarək və BƏƏ-nin Füceyrə şəhərinin cənub hissəsini birləşdirən xəttdən, qərbdə isə İranın Qeşm adasının ucu ilə BƏƏ-nin Ümm əl-Küveyn şəhərini birləşdirən xəttə qədər müəyyən edib.
Bildirilib ki, bu ərazidən keçməyi planlaşdıran bütün gəmilər hərəkətlərini PGSA ilə əlaqələndirməli və qurumdan müvafiq icazə almalıdırlar.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bazar ertəsi Hörmüz boğazı ilə bağlı məsələlərin tənzimlənməsi üçün xüsusi qurumun yaradılması barədə qərar qəbul etdiyini açıqlamışdı.
İzmedia.az
![]()

