Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş ABŞ vətəndaşının həyat yoldaşı və üç uşağı Almaniyanın Berlin şəhərində yerləşən Charité klinikasına köçürüləcək. Bu barədə rbb24 portalı Almaniya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ailənin dörd üzvü əvvəllər Konqo Demokratik Respublikasında olub və hazırda xüsusi təcrid olunmuş palataya yerləşdiriləcəklər.
Bundan əvvəl ABŞ hakimiyyət orqanlarının müraciəti əsasında amerikalı missioner Peter Staffordun da Berlin klinikalarından birində müalicə alacağı bildirilmişdi.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yuliya Yermolaeva isə qeyd edib ki, Ebola qızdırmasının ilk simptomları infeksiyadan sonra 21 günə qədər müddətdə özünü göstərə bilər.
Mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola yayılması səbəbilə fövqəladə ictimai səhiyyə rejimi elan edildiyi açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, beynəlxalq yayılma halları da qeydə alınıb və Kampalada təsdiqlənmiş yoluxmalardan biri ölümə səbəb olub.
İzmedia.az
![]()

