İsrail ordusu İranın dəstəklədiyi Hizbollah qruplaşmasının İsrail ərazisinə raket atmasından sonra Livanın 50-dən çox kəndinin sakinlərini təxliyə etməyə çağırıb.
İzmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yayılan xəbərdarlıqda qeyd olunub:
“Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və kəndlərinizdən ən azı 1000 metr aralıda yerləşən açıq ərazilərə köçməlisiniz”.
İsrail tərəfi bildirib ki, “Hizbullah üzvlərinə, onların obyektlərinə və ya hərbi aktivlərinə yaxınlaşan hər kəs öz həyatını təhlükəyə atır”.
İzmedia.az
![]()

