İsrailin Livanın cənubuna hava zərbələri: 6 nəfər həlak olub

0 Min Read
“Əl-Cəzirə” telekanalının Livan Mülki Müdafiəsindəki mənbəyə istinadən verdiyi məlumata görə, İsrail hərbi təyyarələrinin Livanın cənubundakı Ənsar şəhərinə endirdiyi hava hücumu nəticəsində 6 nəfər həyatını itirib.
Sübh saatlarında İsrail aviasiyası Nəbatiyyə bölgəsindəki Ənsar şəhərinin kənarlarına və Nəbatiyyə əl-Fəvqa yaşayış məntəqəsi yaxınlığına ümumilikdə üç hava zərbəsi endirib. Mülki müdafiə rəsmiləri ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağını istisna etmədiklərini bildiriblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş