İsrailin Livan ərazisinə həyata keçirdiyi ilk hava hücumları nəticəsində ən azı 31 nəfər həlak olub, 149 nəfər yaralanıb.
İzmedia.az bildirir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Beyrutun cənub kənarındakı Haret Hreik və Əl-Camus məhəllələrində xilasetmə əməliyyatları davam etdikcə qurbanların sayı arta bilər. Hücumlar nəticəsində raketlər iki yaşayış binasına dəyib. Əvvəlki məlumatlara görə, qurbanlar arasında şiə Hizbullah parlament fraksiyasının rəhbəri Məhəmməd Raad da daxil olmaqla 10-dan çox sakin var.
İzmedia.az
![]()

