Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ və İsrailin İrana hücumlarından sonra iqtisadi vəziyyətlə bağlı açıqlama verib.
İzmedia.az bildirir ki, onun sözlərinə görə, ölkənin makroiqtisadi əsasları güclüdür və keçmişdə müxtəlif xarici təsirlərə qarşı dayanıqlılıq nümayiş etdirib.
Yılmaz həmçinin vurğulayıb ki, Türkiyə iqtisadiyyatı bölgədəki geosiyasi gərginliklərdən yaranacaq müvəqqəti təsirlərə qarşı proaktiv tədbirlər görür və inkişaflar yaxından izlənilməyə davam edəcək.
İzmedia.az
![]()

