İsrail aviasiyası Beyrutun mərkəzində yaşayış kompleksini vurub

1 Min Read

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın paytaxtı Beyrutun mərkəzi hissəsində yerləşən Ayşat Bəkkar məhəlləsindəki yaşayış kompleksinə hava zərbəsi endirib.

Mənbənin sözlərinə görə, raketlərdən biri yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binalarından birinə düşüb. İlkin ehtimallara görə, hücumun məqsədi “Hizbullah” rəhbərliyinin üzvlərindən birini zərərsizləşdirmək olub.

Bildirilib ki, partlayışın baş verdiyi əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilir.

Qeyd olunub ki, yaşayış blokunun sakinləri hücumdan əvvəl təxliyə edilməyib. Ayşat Bəkkar məhəlləsi hazırda hərbi eskalasiyanın başlanmasından sonra Livanın cənubundan köç etmiş çoxsaylı qaçqınlara da sığınacaq verir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş