Bağdadda və Ərbilədə ABŞ obyektlərinə dron hücumları

0 Min Read

Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ səfirliyinin İraqdakı logistika mərkəzi və Ərbil şəhərindəki ABŞ Baş konsulluğu dron hücumlarına məruz qalıb.

İzmedia.az-ın məlumatına görə,  əsasən, Ərbildəki konsulluğa hücum edən dron uğurla zərərsizləşdirilib. Dəyən ziyan barədə isə hələlik rəsmi məlumat yoxdur.

Həmçinin bildirilir ki, son bir neçə saat ərzində Bağdad hava limanı ərazisində bir neçə dron vurulub. Hücumların nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş