ABŞ-nin vitse-prezidenti JD Vance bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı mərhələsi “bir neçə kvadrat kilometr əraziyə” yönəlib.
O, Macarıstanın paytaxtı Budapeştdə Mathias Corvinus Collegium-da çıxışı zamanı deyib: “Biz müəyyən irəliləyiş əldə etmişik. Əlbəttə ki, son mərhələdə irəliləyiş əldə etməmişik, amma mən buna olduqca nikbin yanaşıram.”
Vens əlavə edib ki, hazırda tərəflər arasında “bir neçə kvadrat kilometr ərazi üzərində bu və ya digər istiqamətdə sövdələşmə aparmaqdan” söhbət gedir.
İzmedia.az
![]()

