Meksikada kilsədə baş verən güclü partlayışda ölənlərin sayı 10 nəfərə çatıb, 80-dən çox yaralı var

1 Min Read
Meksikanın San-Mateo-Atenco bölgəsinin Santa Mariya Kançesda şəhərində kilsə binasındakı barıt və pirotexnika anbarında baş verən dəhşətli partlayış nəticəsində ən azı 10 nəfər həlak olub, 81 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə “Excélsior” qəzeti məlumat yayıb.
Faciə sentyabrın 5-i axşam saatlarında dini bayram çərçivəsində təşkil edilən atəşfəşanlıq zamanı baş verib. Pirotexnika ilə ehtiyatsız rəftar səbəbindən alovlanan barıt anbarındakı patlayış dərhal dindarların toplaşdığı kilsə binasının qismən uçmasına və insanların dağıntılar altında qalmasına səbəb olub.
Ağır yaralananlar, o cümlədən 1,5 yaşlı körpələr dərhal Atlakomulko şəhərindəki xəstəxanalara təxliyə ediliblər. Hadisə yerinə qonşu bələdiyyələrin xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunsa da, binanın strukturuna dəyən ağır ziyan xilasetmə işlərini çətinləşdirib. Ştat hakimiyyəti hadisənin dəqiq səbəblərinin araşdırılması üçün təhqiqat başladığını bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş