Məşhur almaniyalı aktyor Mario Adorf 95 yaşında vəfat edib.
izmedia.az “Oxu.Az”-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Aktyor qısa sürən xəstəlikdən sonra Parisdəki mənzilində dünyasını dəyişib.
Sürixdə (İsveçrə) anadan olan tanınmış sənətçi film və teleseriallarda 200-dən çox rol oynayıb. Aktyor daha çox mənfi obrazları canlandırıb. Ümumilikdə Adorf ən müxtəlif rolları ifa edə bilməsi və ən fərqli xarakterləri canlandıra bilməsi ilə də yadda qalıb.
Avropadan kənarda o “Qalay baraban” filmi və “On zənci balası” romanının ekranlaşdırılmasındakı rolları ilə tanınıb.
![]()
