The Wall Street Journal-in məlumatına görə, ABŞ administrasiyası Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmədiyini düşündüyü bəzi NATO ölkələrini “cəzalandırmaq” planını nəzərdən keçirir.
Məlumata əsasən, təkliflər arasında ABŞ qoşunlarının alyansın bəzi ölkələrindən çıxarılması da yer alır. Bundan başqa, plan çərçivəsində NATO üzvü olan ölkələrdən birində — ehtimal ki, İspaniya və ya Almaniyada yerləşən ABŞ hərbi bazasının bağlanması da nəzərdən keçirilir.
Eyni zamanda, ABŞ-ın Polşa, Rumıniya, Litva və Yunanıstan kimi ölkələrdə hərbi mövcudluğunu gücləndirə biləcəyi bildirilir.
İzmedia.az
![]()

