Rutte Trampı sakitləşdirməyə çalışıb: NATO daxilində İran gərginliyi artır

1 Min Read

 

Reuters yazır ki, NATO-nun baş katibi Mark Rutte Ağ Evdə Donald Trump ilə görüşdə alyans daxilində yaranan gərginliyi azaltmağa çalışıb.

Məlumata görə, Rutte iyulda Ankarada keçiriləcək NATO liderlərinin sammiti ərəfəsində Vaşinqtona səfər edib. Görüşdə əsas mövzular ABŞ-ın İranla müharibəsi və Amerikanın Avropadan qoşun çıxarma ehtimalı olub.

Tramp görüş zamanı bəzi müttəfiqlərin Yaxın Şərqdə ABŞ-a dəstək verməməsindən narazılığını ifadə edib. O, alyansı daha əvvəl “kağız pələng” adlandıraraq NATO-ya qarşı tənqidi mövqeyini yenidən ortaya qoyub.

Rutte isə bildirib ki, ABŞ-a dəstək verməyən hallar “təcrid olunmuş hallar” olub və ümumilikdə Avropa müttəfiqləri Vaşinqtonun yanında yer alıb.

Görüş zamanı Rutte NATO ölkələrinin son illərdə müdafiə xərclərini artırdığını vurğulayıb və bunu Trampın təzyiqlərinin nəticəsi kimi təqdim edib.

Tramp xüsusilə Polşanı müdafiə xərclərinə görə tərifləyib, lakin Böyük Britaniya, İtaliya, Almaniya və İspaniyadan narazı qaldığını bildirib.

Bu arada, ABŞ müdafiə naziri Pit Heqset Avropadakı Amerika qoşunlarının yerləşdirilməsinə yenidən baxılacağını açıqlayıb. Bu addım gələcəkdə ABŞ hərbi qüvvələrinin Avropada azaldılmasına səbəb ola bilər.

NATO-nun 7-8 iyulda keçiriləcək sammiti alyansın gələcəyi baxımından kritik mərhələ kimi qiymətləndirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş