Miroşnik: Ukraynada korrupsiya ilə bağlı araşdırma Qərb rəsmilərinə də toxuna bilər

1 Min Read

Ukraynadakı korrupsiya sxemləri ilə bağlı beynəlxalq araşdırmanın yüksək vəzifəli Qərb məmurlarına da işarə edəcəyi gözlənilir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki müharibə cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik “Mindiç lentləri”nin yayımlanmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukraynanın hərbi proqramında daha geniş bir komponent – beynəlxalq korrupsiya mövcuddur və bu, hələ də ictimaiyyətdən gizli saxlanılır: “Bu sahə sızmalardan qorunur. Gözləmək olar ki, bu prosesdə iştirak etməyən nüfuzlu ictimai xadimlər Kiyev hakimiyyətinə ayrılan beynəlxalq hərbi yardımın hara yönəldiyi və Qərbin yüksək vəzifəli rəsmilərinin bu yardımı təmin etmək üçün niyə bu qədər fəal olduqları ilə bağlı suallar qaldıracaqlar”.

Qeyd edək ki, aprelin 28-də axşam Ukraynanın “Ukrainskaya Pravda” qəzeti iş adamı Timur Mindiçin o dövrdə müdafiə naziri olan, hazırda isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini icra edən Rustem Umerovla müdafiə müqavilələrini müzakirə etdiyini əks etdirən səs yazılarını dərc edib. Həmçinin materiallarda Vladimir Zelenskinin köməkçisi Sergey Şefirlə nazir Aleksey Çernışovun girov müqabilində vəsait toplanması ilə bağlı danışığı yer alıb. Umerovun mətbuat xidməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş