Rusiyada biznesmenlər arasında “yuxu turizmi” populyarlaşır

Nərmin
1 Min Read

Rusiyada “yuxu turizmi” adlandırılan yeni istirahət növünə maraq artır. Turizm şirkətlərinin məlumatına görə, xüsusilə imkanlı biznesmenlər və menecerlər sağlam yuxu proqramları təqdim edən otel və sanatoriyalara daha çox üstünlük verməyə başlayıblar.

Association of Tour Operators of Russia (ATOR) bildirib ki, bu tendensiya insanların stressdən uzaqlaşmaq, yuxu rejimini bərpa etmək və orqanizmi yenidən toparlamaq istəyindən qaynaqlanır.

Məlumata görə, mobil əlaqənin zəif və ya ümumiyyətlə olmadığı uzaq təbiət məkanlarına maraq da artıb. Xüsusilə Altay bölgəsində yerləşən ekootellər və qlэмpinqlərə tələbat 37% yüksəlib. Mərkəzi Rusiya və Moskvaətrafı bölgələrdə isə artım 28% təşkil edib.

Turizm operatoru “Alean”ın məlumatına əsasən, Rosa Khutor kurortundakı sağlamlıq mərkəzlərindən birində “yuxu proqramları”na maraq təxminən 30% artıb.

Ekspertlər bildirirlər ki, ən çox tələb olunan xidmətlər arasında telefonlardan uzaq zonalar, qısa müddətli — bir və ya iki günlük istirahətlər və tam sakitlikdə bərpa proqramları yer alır.

Bu istiqamətin əsas məkanları kimi Rusiyanın cənub bölgələri, Moskvaətrafı ərazilər, Leninqrad vilayəti, Qafqaz Mineral Suları bölgəsi və Altay göstərilir.

Mütəxəssislər hesab edir ki, xroniki yuxusuzluq problemi davam etdikcə “sağlam yuxu turizmi”nə maraq da artmaqda davam edəcək.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş