Rusiya səfiri: Finlandiya münasibətləri bərpa etmək istəyirsə, Moskvanın maraqlarını nəzərə almalıdır

1 Min Read

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov TASS-a bildirib ki, Finlandiya Moskva ilə münasibətləri bərpa etmək istəyirsə, Rusiyanın maraqlarını nəzərə almalıdır.

“Ölkələrimiz arasındakı bütün əlaqələri kəsən biz deyildik. Finlandiya hakimiyyətinin onların bərpası ilə bağlı konstruktiv təkliflərini nəzərdən keçirməyə hazırıq, amma təbii ki, Rusiyanın milli maraqlarına qeyd-şərtsiz hörmət edilməlidir”, – deyə o qeyd edib və əlavə edib ki, “top Helsinkinin meydanındadır”.

Diplomatın sözlərinə görə, son vaxtlar “təəssüf ki, ölkə rəhbərliyi deyil, Finlandiya cəmiyyətinin Rusiya ilə dialoqun bərpasından başqa alternativ olmadığını anlamağa başladığına dair bəzi əlamətlər” müşahidə olunur.

Kuznetsov vurğulayıb ki, “Biz öz tərəfimizdən həmişə qonşularımızla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, hörmət və praqmatizm üzərində qurulan münasibətlərin inkişaf etdirilməsinə çağırmışıq və çağırmaqda davam edirik”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş