Ferrero 60 ildən sonra ilk dəfə Nutella formulasını dəyişdi

1 Min Read

Ferrero şirkəti qovrulmuş fıstıq dadlı yeni Nutella şokolad pastasının satışa çıxarıldığını elan edib. Bu, məhsulun 60 ildən çox tarixində ilk formul dəyişiklik kimi qiymətləndirilir.

Şirkətin rəsmi açıqlamasına görə, yeni məhsul “Nutella Peanut” adı ilə ölkə daxilində satışa buraxılıb. Hazırda onun digər ölkələrdə satışa çıxarılması ilə bağlı məlumat verilməyib.

Kampaniya çərçivəsində Ferrero may ayında Nyu-York şəhərində “Nutella Peanut Pop-Up” mağazasının açılacağını da elan edib.

Nutella ilk dəfə 1964-cü ildə İtaliyada istehsal olunub və hazırda dünyanın 160-dan çox ölkəsində satılır. Şirkət illər ərzində məhsul portfelini genişləndirsə də, əsas şokolad pastası reseptində indiyədək ciddi dəyişiklik etməmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş