Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı səfirliyi bildirib ki, İran ordusu ABŞ hərbi əməliyyatının 28 fevralda başladığı andan atəşkəs elan edilən günə qədər BƏƏ-yə 2800-dən çox raket və dron atıb.
Səfirliyin “X” platformasında yaydığı açıqlamada qeyd olunub: “İran BƏƏ-ni 2800-dən çox raket və dronla hədəfə alıb ki, bunların 90 faizi mülki infrastruktura yönəlib. BƏƏ İranın digər ölkələrdən daha çox hücumuna məruz qalıb”.
Eyni zamanda, BƏƏ-nin Vaşinqtondakı səfiri Yusif Əl-Otayba martın sonlarında “The Wall Street Journal” qəzetinə açıqlamasında bildirib ki, ölkənin silahlı qüvvələri İran tərəfindən atılan raket və dronların təxminən 95 faizini zərərsizləşdirməyə nail olub.
İzmedia.az
![]()

