“Qiymətindən asılı olmayaraq” – Putinin Saxalin körpüsü ilə bağlı sözləri Çində diqqət çəkdi

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin-in Saxalinə körpü tikintisi ilə bağlı səsləndirdiyi fikirlər Çin mediasında geniş müzakirələrə səbəb olub.

Putin aprelin sonunda yerli azsaylı xalqlarla görüş zamanı layihə barədə danışarkən “Bahalı layihədir. Amma yenə də etmək lazımdır” ifadəsini işlədib. Bundan sonra Çin nəşri Sohu bu açıqlamanı təhlil edərək bildirib ki, belə ifadələr adətən sıravi infrastruktur layihələri üçün işlədilmir.

Çinli analitiklərin fikrincə, Moskva artıq layihələrə yalnız iqtisadi gəlir baxımından yanaşmır. Onların qənaətinə görə, sanksiyalar və Avropa ilə münasibətlərin dəyişməsi fonunda Rusiyanın Uzaq Şərq regionu əsas strateji istiqamətə çevrilib.

Məqalədə qeyd olunur ki, Saxalin körpüsü təkcə ada sakinlərinin rahatlığı üçün deyil, bütövlükdə Şimal-Şərqi Asiyada yeni logistika sisteminin qurulması baxımından əhəmiyyət daşıyır.

Çin tərəfi isə bu layihədə öz maraqlarını da görür. Ekspertlər hesab edirlər ki, Rusiyanın Uzaq Şərqində infrastrukturun inkişafı Çin üçün enerji, ticarət və nəqliyyat sahələrində yeni imkanlar aça bilər.

Layihənin mümkün dəyərinin təxminən 1,1 trilyon rubl olduğu bildirilsə də, Çin analitikləri bunun böyük problem olmadığını düşünürlər. Onların fikrincə, əsas məsələ Saxalinin faktiki olaraq “ada olmaqdan çıxması” və regionun nəqliyyat imkanlarının genişlənməsidir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş