Rusiya XİN Ukrayna münaqişəsinin davamlı həlli üçün şərti açıqladı

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Ukraynadakı münaqişənin uzunmüddətli və dayanıqlı həlli perspektivləri birbaşa olaraq Şimali Atlantika Alyansı ölkələrinin yanaşmasına yenidən baxılması ilə bağlıdır. Bu fikri Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 11-ci icmal konfransında çıxışı zamanı səsləndirib.

Diplomatın sözlərinə görə, uzunmüddətli sabitliyə nail olmağın əsas şərti NATO ölkələrinin Rusiyaya strateji məğlubiyyət yaşatmağa yönəlmiş kursdan imtina etməsidir. O, həmçinin hər hansı razılaşmaların hazırlanması zamanı Moskvanın fundamental maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Andrey Belousov qeyd edib ki, Qərb ölkələrinin mövcud siyasəti dəyişmədən etibarlı və davamlı nizamlanmadan danışmaq mümkün deyil. Onun çıxışı nüvə silahlarına nəzarət və qlobal təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq platforma çərçivəsində baş tutub.

Bundan əvvəl Baltikyanı ölkələr və Polşa tərəfindən qoyulan məhdudiyyətlərə baxmayaraq, Çexiya Slovakiyanın baş naziri Robert Fikonun Moskvaya səfəri üçün hökumət təyyarəsinin tranzit uçuşuna rəsmi icazə verib.

Həmçinin Rusiya XİN NATO-nun Kalininqrad vilayətini təcrid etmə planları ilə bağlı xəbərdarlıq edib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş