ABŞ-nin “Azadlıq Layihəsi” əməliyyatı gəmilərin müşayiətini əhatə etmir

1 Min Read

“Axios”un müxbiri Barak Ravid bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında həyata keçirdiyi “Azadlıq Layihəsi” əməliyyatı kommersiya gəmilərinin müşayiətini nəzərdə tutmur, lakin dənizçilərə təhlükəsiz və minasız marşrutlar barədə məlumat veriləcək.

O, X sosial şəbəkəsində yazıb: “İki ABŞ rəsmisinin sözlərinə görə, yeni təşəbbüs ABŞ Hərbi Dəniz Qüvvələrinin kommersiya gəmilərini müşayiət etməsini əhatə etməyəcək”.

Ravidin sözlərinə görə, rəsmilərdən biri bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran ordusunun boğazdan keçən ticarət gəmilərinə hücum etməsinin qarşısını almaq üçün “yaxınlıqda” olacaq. Eyni zamanda qeyd olunub ki, ABŞ hərbçiləri boğazda ən təhlükəsiz dəniz zolaqları, xüsusilə də minalanmamış marşrutlar barədə kommersiya gəmilərinə məlumat verəcəklər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl ölkəsinin ABŞ-İran münaqişəsi fonunda Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz şəkildə çıxarılması üçün bazar ertəsi “Azadlıq Layihəsi” əməliyyatına başlayacağını açıqlamışdı. O, hər hansı müdaxilənin sərt şəkildə qarşılanacağını vurğulamışdı.

Bundan qısa müddət sonra “The Wall Street Journal” qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən yazıb ki, əməliyyata ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən ticarət gəmilərinin müşayiəti daxil deyil.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş