Fransaya məxsus “CMA CGM San Antonio” yük gəmisinə çərşənbə axşamı Yaxın Şərqdə hücum edilib. CBS telekanalı ABŞ-ın rəsmi mənbələrinə istinadən bildirib ki, hadisə zamanı heyət üzvləri arasında yaralananlar var.
Bundan əvvəl Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumu Hörmüz boğazı yaxınlığında bir yük gəmisinə raket düşdüyünü bildirmişdi, lakin həmin gəminin adı açıqlanmamışdı.
Kanalın vebsaytında ABŞ rəsmi mənbələrinə istinadla verilən məlumata görə, “Fars körfəzində yük gəmisi raket hücumuna məruz qalıb. İlkin məlumatlara əsasən, zərbə qurudan endirilib. Hadisə nəticəsində bir neçə filippinli dənizçi yaralanıb. Fransa şirkətinə məxsus ‘CMA CGM San Antonio’ gəmisi yerli vaxtla çərşənbə axşamı hədəfə alınıb”.
CBS həmçinin bildirib ki, gəmi günorta saatlarında Dubay yaxınlığında olub, lakin onun sonrakı hərəkəti barədə məlumat izlənməyib.
İzmedia.az
![]()

