İsrail qüvvələri Qərb Şəriyyədə 2 azyaşlını saxlayıb

1 Min Read
İsrail ordusu işğal olunmuş Qərb Şəriyyənin Nablus şəhərindən qərbdə yerləşən Deyr-Şərəf kəndində reyd keçirib. Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, reyd zamanı bir neçə evə baxış keçirilib və 2 fələstinli uşaq saxlanılaraq aparılıb.
Fələstinli məhbusların hüquqlarını müdafiə edən təşkilatların verdiyi məlumata əsasən, 2023-cü ilin oktyabr ayından bəri İsrail qüvvələri tərəfindən Qərb Şəriyyədə təxminən 2 000 azyaşlı fələstinli saxlanılıb.
Hüquq müdafiəçiləri bildirirlər ki, həbsdə olan uşaqlar fiziki təzyiq, qida çatışmazlığı, tibbi xidmətdən məhrum edilmə və təcrid olunma kimi ağır şəraitlə üz-üzə qalırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş