İsrailin Baş naziri Benyamin Netanyahu fevral ayının ortalarında ABŞ Prezidenti Donald Trampla söhbətində ABŞ və İsrailin İrana qarşı mümkün birgə hərbi əməliyyatının İslam Respublikasında köklü hakimiyyət dəyişikliyinə gətirib çıxaracağına dair zəmanət vermədiyini bildirib.
“The New York Times” apreldə yayımladığı məlumatda 11 fevralda keçirilən qapalı görüş zamanı Netanyahunun İranla müharibənin “İslam Respublikasına son qoya biləcəyi” fikrini ifadə etdiyini yazmışdı. Lakin İsrail Baş naziri CBS News-a verdiyi müsahibədə bu iddianı dəqiqləşdirərək bildirib ki, o, əməliyyatın nəticələrinin qeyri-müəyyən olduğunu vurğulayıb.
“Mən təkcə bunu demədim, həm də hər ikimiz razılaşdıq ki, burada yalnız qeyri-müəyyənliklər deyil, eyni zamanda ciddi risklər də mövcuddur”, – deyə Netanyahu qeyd edib.
O, həmçinin Ağ Ev rəhbəri ilə aparılan müzakirələr zamanı hərbi əməliyyatlardan imtinanın da əməliyyatın özündən daha böyük risklər yarada biləcəyi fikrinin səsləndirildiyini bildirib.