izmedia.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus MV Hondius kruiz gəmisində hantavirusun yayılması səbəbilə sərnişinlərin izolyasiyada saxlanılmasını “qəddar” adlandırıb.
O, vəziyyətlə bağlı açıqlamasında bəzi sərnişinlərdə uzunmüddətli təcrid nəticəsində ciddi psixoloji gərginlik və əsəb sarsıntılarının yarandığını bildirib. ÜST rəhbəri insanların uzun müddət dar məkanlarda saxlanılmasını tənqid edərək bunu “qəddar və qeyri-insani” addım kimi qiymətləndirib.
Qebreyesus qeyd edib ki, ən doğru yanaşma yoluxmuş və təmasda olan şəxslərin gəmidə saxlanılması deyil, tibbi nəzarət altında evlərinə göndərilməsidir.
Məlumata görə, gəmidə təxminən 150 sərnişin olub. Onlardan 8 nəfərdə virus təsdiqlənib, 3 nəfər isə həyatını itirib. Hazırda gəmi limanda karantin altında saxlanılır və sərnişinlərin təxliyəsi davam edir.
![]()
