Qəzza böhranı Yaponiyaya da təsir etdi: mağazalarda qablaşdırma çatışmazlığı yaranıb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən şirkətlərin demək olar yarısı qablaşdırma materiallarının çatışmazlığı ilə üzləşib.

Məlumata görə, problemin əsas səbəbi Yaxın Şərqdə artan gərginlik fonunda neft məhsullarının tədarükündə yaranan fasilələrdir.

Yaponiyanın ən böyük biznes birliklərindən biri olan Keidanren-in keçirdiyi sorğu göstərib ki, şirkətlərin 44 faizi artıq ciddi çatışmazlıq hiss edir. Problem təkcə məhsul qablaşdırması ilə məhdudlaşmır — istehsalçılar yuyucu vasitələr və etiketlərin çapı üçün lazım olan mürəkkəblərin çatışmazlığından da şikayətlənirlər.

Ekspertlər vəziyyəti Fars körfəzindən gətirilən neft məhsullarının, xüsusilə plastik istehsalında istifadə olunan naftanın tədarükündə yaranan problemlərlə əlaqələndirirlər. Bildirilir ki, Hörmüz boğazının bağlanması riski qlobal enerji bazarında ciddi narahatlıq yaradıb.

Araşdırmaya görə, Yapon şirkətlərinin 72 faizi artıq məhsulların qiymətini artırmağı düşünür. İqtisadçılar xəbərdarlıq edirlər ki, bu proses ölkədə inflyasiyanın daha da yüksəlməsinə səbəb ola bilər.

Xüsusilə tibbi məhsullar sektorunda vəziyyətin daha kritik olduğu qeyd edilir. Analitiklər hökuməti vətəndaşları vaxtında məlumatlandırmağa çağırır ki, panik alış-veriş və məhsul qıtlığı yaranmasın.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş