Respublikaçı senator Lindsi Qraham bildirib ki, ABŞ hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, eləcə də Rusiya neftini alan ölkələrə əlavə tariflərin tətbiqi məsələsini müzakirə edir.
![]()
“Rusiyaya gəldikdə isə, Konqres prezidentə sanksiyalar və tariflər tətbiq etmək səlahiyyəti verəcək qanun layihəsini qəbul etməyə çox yaxındır. Nəticədə, ucuz Rusiya nefti alan istənilən ölkə əlavə tariflərlə vergiyə cəlb oluna bilər”, – deyə NBC News-un məlumatında qeyd olunur.
Qraham bildirib ki, ABŞ daha əvvəl Nyu-Dehlinin Moskva ilə ticarət əlaqələrinə görə Hindistana tariflər tətbiq edib. O əlavə edib ki, Çinlə bağlı da oxşar yanaşmanın tətbiqi məqsədəuyğun hesab olunur.
“Prezident Donald Tramp Rusiya neftini aldığı üçün Hindistana 25 faiz tarif tətbiq edib. Çinin də öz addımlarına görə məsuliyyət daşımalı olduğu vaxt gələcək”, – deyə senator vurğulayıb.
İzmedia.az
![]()
Sign in to your account