UNICEF: “El-Ninyo” fəsadları səbəbindən 347 milyondan çox uşaq risk altındadır

1 Min Read
BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, “El-Ninyo” təbii hadisəsinin yaradacağı anomal iqlim dəyişiklikləri səbəbindən 2026-cı ilin oktyabr-dekabr ayları ərzində dünyanın 100-dən çox ölkəsində 347 milyondan artıq uşaq ciddi təhlükə ilə üz-üzə qalacaq.
Təşkilatın bəyanatında bildirilir ki, kəskin yağışlar və ya anomal quraqlıq şiddətli daşqınlara və su qıtlığına yol açaraq uşaqların həyatı, sağlamlığı və təhsili üçün birbaşa risklər yaradır.
Regionlar üzrə risk altında olan uşaqların sayı:
  • Asiya və Sakit Okean bölgəsi: 190 milyon
  • Şərqi və Cənubi Afrika: 41 milyon
  • Latın Amerikası və Karib dənizi: 41 milyon
  • Avropa və Mərkəzi Asiya: 22 milyon
  • Yaxın Şərq və Şimali Afrika: 20 milyon
  • Qərbi və Mərkəzi Afrika: 20 milyon
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş