Rubio: ABŞ Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazırdır

1 Min Read

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna münaqişəsinin həllinə töhfə verməyə davam etməyə hazır olduğunu bildirib.

AFP agentliyinin ABŞ-ın yüksək vəzifəli diplomatına istinadən yaydığı məlumata görə, o deyib: “Amerika Birləşmiş Ştatları bu müharibənin sona çatmasını asanlaşdırmaq üçün əlindən gələni etməyə hazırdır və istəyir və ümid edirik ki, bu fürsət nə vaxtsa ortaya çıxacaq”.

Reuters agentliyinin məlumatına əsasən, hazırda Hindistanda səfərdə olan Rubio Ukrayna ilə bağlı sülh məsləhətləşmələrinin aparılmadığını və hazırda bu mövzuda heç bir görüş planının olmadığını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş