İspaniya Baş naziri Pedro Sanchezdən Lamine Yamal’a dəstək

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İspaniya Baş naziri Pedro Sánchez, “Barselona” klubunun futbolçusu Lamine Yamal-a İsrail rəsmiləri tərəfindən yönəldilən tənqidlərdən sonra dəstək ifadə edib.

Sánchez sosial şəbəkə paylaşımında bir ölkənin bayrağının dalğalandırılmasının “nifrət çağırışı” kimi qiymətləndirilməsini tənqid edib və bunun qəbuledilməz olduğunu bildirib.

Baş nazir qeyd edib ki, Yamalın bu addımı bir çox ispanın Fələstinlə həmrəyliyini ifadə etməsi kimi dəyərləndirilə bilər və bunun qürurverici olduğunu vurğulayıb.

Qeyd edək ki, Lamine Yamal Barselonanın çempionluq qeyd etmələri zamanı klub avtobusu üzərindən Fələstin bayrağı dalğalandırmışdı. Bu addım İsraildə bəzi rəsmi şəxslər tərəfindən tənqid olunmuşdu.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş