Pakistanın Baş naziri Şehbaz Şərif İran Prezidenti Məsud Pəzaxstani ilə telefon danışığı aparıb. Pakistan Baş Nazirinin Ofisindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər son regional hadisələri müzakirə ediblər.
Şərif İranla ABŞ arasında son zamanlar gərginliyin artmasından narahatlığını bildirib və Tehranı və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.
Pakistanın Baş naziri gərginliyin azaldılması və bölgədəki vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün addımlar atılmasının vacibliyini vurğuladı.
İzmedia.az
![]()

