izmedia.az xəbər verir ki,Kuba Enerji və Mədən Nazirliyi ölkə üzrə genişmiqyaslı məcburi elektrik kəsintilərinin tətbiq ediləcəyini açıqlayıb.
Nazirliyin məlumatına görə, ölkənin təxminən 70 faizində enerji istehsalında ciddi problemlər yarandığı üçün elektrik təchizatında fasilələr olacaq.
Açıqlamada bildirilib ki, Milli Elektro-Enerji Sistemi (SEN)-in bir hissəsi sıradan çıxıb və bu səbəbdən enerji istehsalında ciddi çətinliklər yaşanır.
Qurum qeyd edib ki, xüsusilə pik saatlarda elektrik tələbatını tarazlamaq üçün ölkənin böyük hissəsində məcburi kəsintilər tətbiq ediləcək.
![]()
