izmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ hücumundan sonra yeraltında qaldığını bildirib.
Trampın sözlərinə görə, həyata keçirilən zərbələr nəticəsində obyektə bombalar ventilyasiya şaxtasından daxil olub və dağın çökməsi ilə ərazi tamamilə örtülüb. O, bu səbəbdən həmin materiallara artıq heç kimin çata bilməyəcəyini iddia edib.
Lakin ABŞ lideri bununla yanaşı, İranın nüvə materiallarının əldə edilməsini istədiyini də etiraf edib:
“Onu almağa üstünlük verərdim. Biz onu əldə edəcəyik,” – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ hərbi əməliyyat zamanı İranın nüvə imkanlarını “toz halına salıb” və Tehranın ABŞ-a zənginləşdirilmiş uranı təhvil verməyə məcbur ola biləcəyini düşünür.
Hadisə ABŞ və İran arasında davam edən gərginlik fonunda baş verib.
![]()
