izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çin lideri Xi Jinping ilə görüşdən sonra iki ölkə münasibətləri barədə diqqətçəkən açıqlama verib.
Tramp bildirib ki, “Ümid edirəm ki, Çinlə münasibətlərimiz hər zamankından daha güclü və daha yaxşı olacaq.”
Pekində keçirilən görüşdə ticarət, iqtisadiyyat, Tayvan məsələsi və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzuları olub.
Bu səfər 2017-ci ildən sonra ABŞ prezidentinin Çinə ilk rəsmi səfəri kimi qiymətləndirilir.
![]()
