izmedia.az xəbər verir ki, rusiyalı müğənni Filipp Kirkorov yenidən ailə qurmaq planlarından imtina etdiyini açıqlayıb.
Məlumata görə, sənətçi bir müddət əvvəl müğənni Sevil ilə evlilik barədə düşündüyünü və ona üzük hədiyyə etdiyini etiraf edib. Lakin daha sonra ifaçının artıq evli olduğu məlum olub.
Bundan sonra Kirkorov evlilik qərarından vaz keçsə də, Sevil və onun həyat yoldaşı ilə dost münasibətlərini qoruyub saxlayıb.
Müğənni bildirib ki, hazırda yenidən ailə qurmaq planı yoxdur, amma gələcəkdə bu ehtimalı tam istisna etmir.
Qeyd edək ki, Filipp Kirkorov əvvəllər Alla Pugacheva ilə rəsmi nikahda olub. Sənətçinin iki övladı var və onlar bir müddət xaricdə təhsil aldıqdan sonra Rusiyaya geri dönüblər.
![]()
