Almaniya Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemi göndərəcək

1 Min Read

Almaniya NATO-nun cənub-şərq cinahının müdafiəsini gücləndirmək planı çərçivəsində yaxın həftələrdə Türkiyəyə Patriot hava hücumundan müdafiə bölməsi göndərəcək.

Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Almaniya Silahlı Qüvvələri (Bundesver) Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edəcək “Patriot hava və raketdən müdafiə” əməliyyat qrupu yaradacaq.

Müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya NATO daxilində daha böyük məsuliyyət daşıyır və hazırda Türkiyədə yerləşən ABŞ kontingenti bir Alman Patriot bölməsi və təxminən 150 hərbçi ilə əvəz olunacaq.

Pistorius qeyd edib: “Hərbi Hava Qüvvələrimiz əla iş görür və beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.

Nazirliyin məlumatına əsasən, Almaniyanın Patriot bölməsi NATO-nun İnteqrasiya olunmuş Hava və Raket Müdafiə Sistemi (NATO IAMD) çərçivəsində fəaliyyət göstərəcək. Missiyanın 2026-cı ilin iyunundan sentyabrına qədər davam edəcəyi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş