Avropa Komissiyası və Kiyev iyun ayının ortalarında Ukraynaya 3,2 milyard avro məbləğində büdcə yardımı göstərilməsi barədə razılığa gəliblər. İqtisadi məsələlər üzrə Avropa Komissarı Valdis Dombrovskisin açıqlamasına görə, bu məbləğ 2026–2027-ci illər üçün təsdiq edilmiş 90 milyard avroluq maliyyə proqramının bir hissəsidir.
Dombrovskis bildirib ki, “Ukraynaya büdcə yardımı göstərilməsi üçün zəruri olan anlaşma memorandumu üzrə danışıqları başa çatdırmışıq”.
O qeyd edib ki, Ukrayna parlamentinin memorandumu təsdiqləməsi şərti ilə 3,2 milyard avroluq tranş iyun ayının ortalarında köçürüləcək.
İzmedia.az
![]()

