Metallica-nın Afina konserti zamanı seysmik aktivlik qeydə alınıb

0 Min Read

“Ekathimerini” qəzeti Afina Geodinamik İnstitutunun məlumatına istinadən xəbər verib ki, Afinada Amerikanın məşhur “Metallica” qrupunun konserti zamanı seysmik aktivlik qeydə alınıb.

Bildirilib ki, mayın 9-da Afina şəhərətrafındakı Olimpiya Stadionunda keçirilən “Metallica” konsertinə 80 mindən çox insan qatılıb.

Seysmoloqlar tədbir zamanı izdihamın eyni anda sıçraması nəticəsində yaranan kiçik təkanları “konsert zəlzələləri” adlandırıblar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş