Rusiyada yeni pikap avtomobillərinin satışında azalma davam edir. 2026-cı ilin aprel ayında ölkədə cəmi 1682 pikap satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% azdır.
Məlumata görə, ilin ilk rübü üzrə ümumi azalma daha yüksək — təxminən 20% təşkil edib.
Bazarın lideri isə JAC Motors olub. Çin markası aprel ayında 297 avtomobil sataraq bazarın 18%-ni əldə edib.
İkinci yerdə Great Wall Motors qərarlaşıb — şirkət 258 pikap satıb. Üçüncü pillədə isə paralel idxal yolu ilə Rusiyaya gətirilən RAM markası yer alıb. Bu markadan 246 avtomobil satılıb.
İlk beşliyi həmçinin Sollers və Changan Automobile tamamlayıb.
Model sıralamasında isə ən çox satılan avtomobil JAC T9 olub. Bu modeldən 294 ədəd satılıb.
İkinci yerdə RAM 1500, üçüncü yerdə isə Great Wall Poer qərarlaşıb.
İlk beşliyə həmçinin Changan Hunter Plus və UAZ Pickup daxil olub.
![]()
