Trampın oğlu keçmiş Bayden mətbuat katibinə qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb — Çinlə bağlı qalmaqal

Nərmin
2 Min Read

Erik Tramp iddia edir ki, onun haqqında yalan məlumatlar yayılıb

izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp keçmiş Ağ Ev mətbuat katibi Cenn Psaki və MS NOW televiziya kanalına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. Səbəb kimi onun Çinlə bağlı biznes əlaqələri və səfəri barədə “yalan məlumatların” yayılması göstərilir.

Erik Tramp sosial şəbəkələrdə yaydığı açıqlamada iddiaları qəti şəkildə təkzib edib. O bildirib ki, Çinlə heç bir biznes əlaqəsi, daşınmaz əmlakı və ya investisiyası yoxdur.

“Çində heç bir iş fəaliyyətim yoxdur. Heç bir daşınmaz əmlakım, investisiyam və ya biznesim yoxdur,” — deyə o qeyd edib.

Onun sözlərinə görə, Çin səfərinin yeganə məqsədi atasına, ABŞ Prezidenti Donald Trampa dəstək vermək olub.

Mübahisə MS NOW kanalında Cenn Psakinin səsləndirdiyi fikirlərdən sonra başlayıb. Psaki iddia edib ki, Erik Tramp dövlət işlərindən kənar qalmalı və ailə biznesini idarə etməklə potensial maraqlar toqquşmasından yayınmalıdır.

O həmçinin Tramp ailəsinin biznes fəaliyyətinin dövlət resursları hesabına genişləndirilməsi ehtimalına işarə edib və Erik Trampın bəzi maliyyə və texnoloji şirkətlərlə əlaqələrinə dair suallar qaldırıb.

Hazırda Cenn Psaki və MS NOW kanalı məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Erik Tramp isə yayılan videomaterialların nüfuzuna zərər vurduğunu bildirərək, onların təkzib olunmasını və kompensasiya tələbini məhkəmədə irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində Donald Trampın sağlamlıq və idrak qabiliyyətləri ilə bağlı müzakirələr aparılmışdı.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş