Əfqanıstanda qızlar üçün minimum evlilik yaşının ləğv edilməsi ilə bağlı mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə ölkənin ali liderinin sözçüsü Zəbihullah Mücahid Ariana News portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Əfqanıstanın Ali Lideri Heybətullah Axundzadə bir müddət əvvəl qızların öz razılığı olmadan evləndirilməsini qadağan edən fərman imzalayıb.
Mücahid qeyd edib ki, İslam qanunvericiliyinə qarşı səslənən tənqidlər yeni deyil və xüsusi diqqətə layiq hesab edilmir. O əlavə edib ki, yeni qanun məhdudiyyətsiz hüquqlar vermir və əsas məqsəd məhkəmələrin ailə mübahisələrinin həlli prosesində fəaliyyətini asanlaşdırmaqdır.
Xatırladaq ki, The Times qəzeti mayın 21-də Əfqanıstan hakimiyyətinin qızlar üçün minimum evlilik yaşını ləğv etdiyini yazmışdı. İnsan hüquqları fəalı Xoriya Mosaddeqin sözlərinə görə, yeni qaydalar qızların yetkinlik yaşına çatdıqdan sonra evlənməsinə imkan verir.
İzmedia.az
![]()

