ABŞ nümayəndələrinin Kiyev və Moskvaya səfəri təxirə salınıb

1 Min Read

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və onun kürəkəni Cared Kuşnerin Kiyev və Moskvaya planlaşdırılan səfəri hələlik təxirə salınıb. Bu barədə “Reuters” agentliyi TASS-dakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, səfərin avqustun sonuna qədər baş tutması ehtimalı aşağıdır və bu səbəbdən tarix təxirə salınıb.
Daha əvvəl Amerika heyətinin avqust ayının sonunadək bölgəyə gələcəyi gözlənilirdi. Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov bəyan edib ki, Prezident Vladimir Putin ABŞ nümayəndələrini qəbul etməyə hazırdır. Lakin Vaşinqton tərəfinin Kremlə hansı konkret təkliflərlə müraciət edəcəyi barədə təfərrüatlar hələlik açıqlanmır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş