Putin və Lukaşenko Astanada Ermənistan məsələsini müzakirə ediblər

1 Min Read

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı liderlərinin görüşü çərçivəsində Ermənistan ətrafındakı vəziyyətlə bağlı qısa fikir mübadiləsi aparıblar. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərin Putin və Lukaşenkonun söhbətlərində Ermənistan mövzusunun müzakirə olunub-olunmadığı ilə bağlı sualını cavablandırarkən bildirib:

“Onlar dünən görüş zamanı bir neçə dəfə danışdılar. Ermənistanla bağlı qısa fikir mübadiləsi aparıldı, lakin əsaslı söhbət olmadı, sadəcə buna vaxt yox idi”.

O əlavə edib ki, qeyri-rəsmi nahar zamanı liderlərin birlikdə geniş söhbət aparmaq imkanı olub.

“Qeyri-rəsmi nahar zamanı onların hamısı birlikdə kifayət qədər uzun qarşılıqlı əlaqə və çox yaxşı söhbət imkanı əldə etdilər”, – deyə Peskov vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş