ABŞ Prezidenti Donald Tramp Kanadada iqtisadi geriləmə xəbərlərindən sonra yenidən bu ölkənin ABŞ-a birləşdirilməsi ideyasını gündəmə gətirib.
Tramp sosial şəbəkədə paylaşdığı qısa mesajda “51-ci ştat” ifadəsini yazaraq, Kanadanın texniki resessiyaya daxil olması barədə xəbərə istinad edib.
Bu, Trampın ilk belə bəyanatı deyil. O, son dövrlərdə dəfələrlə Canadanın ABŞ-a qoşulması fikrini səsləndirib. Lakin Kanadanın Baş naziri Mark Carney ölkəsinin “satılmadığını” bildirərək bu təklifləri qəti şəkildə rədd edib.
Məlumata görə, Tramp daha əvvəl yalnız Kanadanı deyil, həmçinin Greenland və Venezuela kimi əraziləri də ABŞ-ın potensial “51-ci ştatı” kimi qeyd etmişdi.
izmedia.az
![]()
