ABŞ Hərbi Dəniz Qüvvələrinin 25-ə yaxın hərbi gəmisi İran sahilləri yaxınlığında yerləşdirilib

1 Min Read

 

ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun Məlumat Xidmətinin məlumatına görə, təxminən 25 hərbi gəmidən ibarət ABŞ donanma qrupu İran sahilləri yaxınlığında fəaliyyətini davam etdirir.

Məlumata əsasən, hazırda iki təyyarədaşıyan gəmi – USS Abraham Lincoln və USS George H.W. Bush İranın cənub-şərq sahilləri yaxınlığında, Ərəb dənizində döyüş növbətçiliyi aparır. Bu gəmilər ümumilikdə 100-dən çox qırıcı təyyarə, elektron müharibə vasitələri və erkən xəbərdarlıq radar təyyarələri daşıyır.

Təyyarədaşıyan gəmilərlə yanaşı, Hörmüz boğazının şərq hissəsində, o cümlədən Oman körfəzində 14 idarəolunan raket esminesi, iki sahil döyüş gəmisi və üç minaaxtaran gəmi yerləşdirilib.

Bölgədə həmçinin dəniz ekspedisiya batalyonunu daşıyan üç böyük desant gəmisindən ibarət amfibiya desant qrupu fəaliyyət göstərir.

Məlumata görə, hərbi gəmilər döyüş patrul xidmətləri ilə yanaşı, İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının icrasında da iştirak edir.

Bundan əlavə, hazırda Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında, Qırmızı dənizdə iki ABŞ idarəolunan raket esminesi döyüş növbətçiliyi aparır.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Pit Heqset ötən cümə günü Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı bildirib ki, Tehranla nüvə proqramı üzrə danışıqlar nəticəsiz qalacağı təqdirdə ABŞ ordusu İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş