Psixoloq Mark Travers bildirib ki, dürüstlük sağlam münasibətlərin əsas şərtlərindən biri olsa da, hər həqiqəti sərt şəkildə ifadə etmək həmişə münasibətlərə fayda vermir.
Onun sözlərinə görə, ilk növ “prososial yalanlar”dır. Bu cür yalanlar tərəfdaşın hisslərini qorumağa, dəstək göstərməyə və emosional yaxınlığı gücləndirməyə xidmət edir. Məsələn, tərəfdaşın göstərdiyi səyi qiymətləndirmək üçün onun hazırladığı yeməyi tərifləmək buna aid edilə bilər.
Traversin qeyd etdiyi ikinci növ isə “qoruyucu yalanlar”dır. Bu yalanlar tərəfdaşı lazımsız emosional narahatlıqdan qorumaq məqsədi daşıyır. Psixoloqun fikrincə, cütlüklər hər xırda qüsuru və ya narazılığı dilə gətirmədikdə, bu, münasibətlərdə gərginliyin qarşısını ala bilər.
Mütəxəssis vurğulayıb ki, bu yanaşma xəyanət, manipulyasiya və ya maliyyə saxtakarlığı kimi ciddi məsələlərin gizlədilməsi ilə eyniləşdirilməməlidir. Onun fikrincə, məqsəd aldatmaq deyil, münasibətlərdə emosional yaxınlığı və sabitliyi qorumaqdır.
İzmedia.az
![]()

