İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ, İsrail və onların müttəfiqlərinin mümkün yeni hücumları halında hərbi əməliyyatlara hazır olduqlarını bəyan edib.
İİKK-nin açıqlamasında bildirilib ki, İran xalqının hüquqlarına qarşı hər hansı təcavüz cəhdi olarsa, quruda, dənizdə, havada və hibrid müharibənin bütün sahələrində cavab veriləcək.
Bəyanatda vurğulanıb ki, korpusun qüvvələri geniş döyüş təcrübəsinə əsaslanaraq ən kiçik əmrlə düşmənə “misilsiz və sarsıdıcı tarixi məğlubiyyət” yaşatmağa hazırdır.
Qeyd edək ki, İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-dən davam edən hərbi qarşıdurmanın dayandırılmasını nəzərdə tutan memorandum imzalayıb. Sənəddə ABŞ-ın dəniz blokadasını ləğv etməsi və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi ilə bağlı tarixlər də öz əksini tapıb.
İzmedia.az
![]()

