Afinada insan alveri şəbəkəsi ifşa olunub

1 Min Read

Yunanıstan polisi Athensdə fəaliyyət göstərən və Latın Amerikası ölkələrindən qadınları cinsi və maliyyə istismarı məqsədilə ölkəyə gətirən cinayətkar şəbəkəni zərərsizləşdirib. Bu barədə Kathimerini məlumat yayıb.

Xüsusi əməliyyat zamanı qrup rəhbəri də daxil olmaqla dörd nəfər saxlanılıb. Araşdırma insan alveri ilə mübarizə aparan Our Rescue və A21 təşkilatlarının dəstəyi ilə aparılıb.

İstintaqa görə, şəbəkə Latın Amerikası ölkələrində həssas vəziyyətdə olan qadınları saxta vədlərlə cəlb edib, Yunanıstana gətirərək fahişəliyə məcbur edib. Qadınların sənədləri əllərindən alınıb, hərəkətləri və gəlirləri nəzarətdə saxlanılıb, narkotik asılılığından isə təzyiq vasitəsi kimi istifadə olunub.

Polis həmçinin şəbəkənin narkotik qaçaqmalçılığı ilə də məşğul olduğunu müəyyən edib. Əməliyyat zamanı MDMA, metamfetamin, ekstazi və ketamin aşkarlanıb.

Əməliyyat nəticəsində üç qadın azad edilib və onlara mühafizə ilə lazımi yardım göstərilib. İş materialları əlavə araşdırma üçün prokurorluğa təqdim olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş